CƏMİYYƏT
Yanvar-aprel aylarında 24,7 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Bakı, 14 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 24 min 674 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 13 min 736 nəfəri münasib işlərlə təmin edilib, 4 min 325 nəfər kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Həmçinin Agentlik tərəfindən 1023 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb.
Yanvar-aprel aylarında 5 min 590 şəxs isə peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.