İQTİSADİYYAT


Yanvar-aprel aylarında 77,4 milyon manatlıq elektrik avadanlıqları istehsal olunub

Bakı, 18 may, AZƏRTAC

Bu ilin ilk 4 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 77,4 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 2,6 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 14,2 faiz azalıb.

Ötən ilin müvafiq ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 76,7 faiz artıb, 1 kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,4 faiz, məişət soyuducularının istehsalı 1,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.