İQTİSADİYYAT
Yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2425,9 milyon manat olub
Bakı, 22 may, AZƏRTAC
Yanvar-aprel ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz azalaraq 2425,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1776,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2 faizini təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 250 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 16,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]