İQTİSADİYYAT
Yanvar-aprel aylarında muzdla çalışanların əmək haqqı 6,8 faiz artıb
Bakı, 23 iyun, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 520,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmək haqqı neft sektorunda 3153,7 manat, qeyri-neft sektorunda 458,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 386,8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 714,0 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [18:01]
® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!
- 20.04.2024 [17:39]
Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb
- 20.04.2024 [10:54]
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
- 20.04.2024 [10:42]
Azərbaycan neftinin qiyməti artıb
- 20.04.2024 [10:39]