REGİONLAR


Yanvar-apreldə 306,1 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

Bakı, 23 may, AZƏRTAC

Ölkədə yaz-tarla işləri aparılır və cari ilin yanvar-aprel aylarında 306,1 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az yazlıq bitkilərin səpini aparılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu dövrdə 47,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,1 min hektarı dən üçün qarğıdalı), 49,4 min hektar sahədə kartof, 46,6 min hektar sahədə tərəvəz, 13,9 min hektar sahədə bostan bitkiləri, 91,3 min hektar sahədə pambıq, 7,9 min hektar sahədə dən üçün günəbaxan, 4,2 min hektar sahədə şəkər çuğunduru, 0,8 min hektar sahədə tütün, 43,9 min hektar sahədə çoxillik otlar, 0,8 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə digər yazlıq bitkilər əkilib.

Təsərrüfatlarda həmin dövr ərzində 127,5 min ton və yaxud 17,1 faiz çox tərəvəz məhsulları istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.