İQTİSADİYYAT


Yanvar-avqustda Gömrük Komitəsi büdcəyə 1,7 milyard manatdan çox vəsait köçürüb

Bakı, 13 sentyabr, AZƏRTAC 

2017-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 707 milyon 965,31 min manat daxil olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 281 milyon 705,80 min manat və ya 19,75 faiz artıb.

Bu ilin 8 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 448 milyon 041,54 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 183 milyon 284,94 min manat, aksizlər üzrə 53 milyon 983,50 min manat, yol vergisi üzrə isə 22 milyon 655,33 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.