DÜNYA


Yanvar ayından İrandan Gürcüstana gələn turistlərin sayı 41 faiz azalıb

Tbilisi, 10 fevral, AZƏRTAC

Cari ilin yanvar ayından İrandan Gürcüstana gələn turistlərin sayında azalma müşahidə olunub.

AZƏRTAC Gürcüstan Milli Turizm Administrasiyasına istinadla xəbər verir ki, 2019-cu ilin yanvar ayında İrandan bu ölkəyə gələn turistlərin sayı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 41 faiz azalıb.

Belə ki, keçən ilin yanvar ayında İrandan Gürcüstana 14 min 322 nəfər səfər etmişdisə, cari ilin yanvarında onların sayı 8 min 924 nəfər təşkil edib.

Administrasiyanın məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana gələnlərin sayında 3,4 faiz, Türkiyədən gələnlərin sayında 20,2 faiz, Hindistandan gələnlərin sayında 5,9 faiz, Ermənistandan gələnlərin sayında isə 5 faiz azalma qeydə alınıb.

Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Filippin, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı və Polşadan gələnlərin sayında isə artım müşahidə olunub.

Ümumiyyətlə isə yanvar ayında Gürcüstana turist kimi 305 min 939 nəfər səfər edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.