Yanvar-fevral ayı ərzində müsadirə olunmuş narkotik vasitələrin dəyəri 54 milyon manatdan çox olub
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 351 kiloqram 705,29 qram narkotik vasitələrin və psixotrop maddələrin 434 kiloqram 333,824 qramını heroin, 804 kiloqram 697,085 qramını marixuana, 21 kiloqram 358,739 qramını tiryək, 32 kiloqram 372,849 qramını həşiş, 58 kiloqram 357,343 qramını psixotrop maddələr, 585,45 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 33 ədəd çətənə bitkisi, eləcə də 194,4 qram və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, müsadirə olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 54 milyon 292 min manat (31 milyon 936 min ABŞ dolları) kimi qiymətləndirilir.
Xəbərin mətnində orfoqrafik səhv var