İQTİSADİYYAT


Yanvar-fevral aylarında dəmir yolu ilə 613,9 min sərnişin daşınıb

Bakı, 31 mart, AZƏRTAC

Yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı ilə 613,9 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 2 dəfə artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 239 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,5 min ton, Qərb istiqaməti üzrə 2,4 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.