REGİONLAR


Yanvar-fevralda tərəvəz istehsalı 1,7 dəfə artıb

Bakı, 16 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral aylarında diri çəkidə 80,5 min ton ət, 304,9 min ton süd, 283 milyon ədəd yumurta, 27,3 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 0,4 faiz, tərəvəz istehsalı isə 1,7 dəfə artıb.

Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 2,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 43,7 faiz artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.