CƏMİYYƏT


Yanvar-iyul ayları ərzində Azərbaycanda 70 min 390 körpə doğulub

Bakı, 18 sentyabr, AZƏRTAC 

Yanvar-iyul ayları ərzində Azərbaycanda 70 min 390 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 1896-sı əkiz, 69-u isə üçəmdir.

Yeddi ay ərzində ölkədə 37 min 426 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.