CƏMİYYƏT
Yanvar-iyul aylarında 125,6 min nəfər aktiv məşğulluq tədbirlərindən faydalanıb
Bakı, 9 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirlərindən 125,6 min şəxs faydalanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 57 min 552 nəfəri xidmətin xətti ilə münasib işlərlə təmin olunub. Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən və kiçik ailə biznesini qurmaq üçün potensialları olan vətəndaşlardan artıq 4 minədək şəxs proqram üzrə təşkil olunan təlimlərdən keçib. 1100 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilib.
Böyük əksəriyyəti gənclərdən ibarət 63 min nəfər isə peşəyönümü tədbirlərinə cəlb edilib. Onlara əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə məsləhətlər verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]