İQTİSADİYYAT


Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub

Bakı, 20 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 161,5 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5 faiz azalıb.

Dövr ərzində 837 ədəd traktor, 1304 ədəd minik avtomobili istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.