İQTİSADİYYAT


Yanvar-iyul aylarında Azərbaycanda 855 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 855,0 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7 faiz, real ifadədə isə 27,0 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin yanvar-iyul aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 78,5 faiz, təzə meyvə – 38,5 faiz, kartof – 50,7 faiz, tütün – 66,0 faiz, bitki yağları – 1,6 faiz, meyvə və tərəvəz şirələri – 94,4 faiz, çay – 52,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 62,1 faiz, pambıq lifi – 6,3 dəfə, qara metallardan borular – 2,0 faiz, bentonit gili – 3,5 dəfə artıb, şəkər ixracı isə 24,4 faiz, meyvə və tərəvəz konservləri – 11,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,4 faiz, polietilen – 2,9 faiz, emal olunmamış alüminium – 31,5 faiz, qara metallardan yarımfabrikatlar – 35,4 faiz, pambıq ipliyi – 35,0 faiz azalıb.

2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkər və şəkər idxalı 15,7 faiz, təzə meyvə – 9,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 1,8 faiz, çay – 3,6 faiz, quş əti və onun əlavə məhsulları – 66,7 faiz, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 53,2 faiz, polad prokatı – 7,3 faiz, hesablama maşınları, blok və qurğuları – 71,6 faiz, qara metallardan çubuqlar – 23,8 faiz, rezin şinlər – 40,6 faiz, mineral gübrələr – 3,2 dəfə, məişət kondisionerləri – 25,9 faiz, qara metallardan künclüklər ¬– 35,6 faiz, paltaryuyan maşınlar – 93,2 faiz, yük avtomobilləri – 73,0 faiz, avtobuslar – 2,5 dəfə artıb, buğda idxalı isə 35,0 faiz, bitki yağları – 24,4 faiz, kartof – 5,3 faiz, təzə tərəvəz – 46,2 faiz, qara metallardan borular – 66,2 faiz, mebel – 6,7 faiz, polietilen – 27,0 faiz, sement və sement klinkerləri – 93,0 faiz, məişət soyuducuları – 28,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.