İQTİSADİYYAT
Yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 969 milyon dollar olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar və ya 13 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
R.Hüseyn qeyd edib ki, 7 ayda Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon, Çinə 29 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci, qızıl ikinci və polietilen üçüncü olub.
İyulda qeyri-neft sektoru üzrə ixrac 122 milyon dollar təşkil edib. İyulda bu sektora aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Türkiyə (35 milyon dollar) liderlik edib.