CƏMİYYƏT


Yanvar-iyul: ilin 7 ayında“113” dispetçer mərkəzinin əhaliyə göstərdiyi xidmət rəqəmlərdə

Bakı, 18 avqust, AZƏRTAC

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “113” dispetçer mərkəzinə 2017-ci ilin 7 ayında ümumilikdə 609 çağırış daxil olub. Həmin çağırışlar nəticəsində 1045 nəfərə ilkin tibbi xidmət göstərilib və onlardan 782 nəfər hospitalizasiya edilib. Çağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif zədələrlə əlaqədar olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi məlumata görə, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ bölməsi üzrə həmin dövrdə ümumilikdə 871 çağırış həyata keçirilib.

İlin 7 ayında telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkimlər 161 xəstəyə 216 məsləhət verilib. Məsləhət verilən xəstələrdən 59-u paytaxt xəstəxanalarına köçürülüb.

Bu ilin əvvəlindən ötən ayın sonunadək 595 xəstəyə konsultativ xidmət göstərilib və onlardan 266 nəfəri daha yüksək səviyyəli tibb müəssisəsinə köçürülüb. Köçürülən xəstələrdən 235-i paytaxtın tibb müəssisələrinə yerləşdirilib.

Həmin dövrdə mütəxəssislərin iştirakı ilə yerlərdə 18 cərrahi əməliyyat aparılıb. Əməliyyatların əksəriyyəti hamiləlik patologiyası, travmalar, kəskin daxili qanaxmalar və s. olmuşdur.

Nazirliyinn göstərişi ilə konsultativ bölmənin nəqliyyat vasitələri ilə perinatal xidmət, hematologiya, cərrahiyyə və digər sahələr üzrə xüsusiləşdirilmiş briqadalar 98 dəfə ezamiyyətə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.