İQTİSADİYYAT


Yanvar-iyun aylarında Bakıda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal edilib

Bakı, 8 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Bakıda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 0,1 faiz, tütün məmulatlarının istehsalı 95,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 63,2 faiz, geyim məhsullarının istehsalı 6,8 faiz artıb. Artım dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2,6 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalında 0,6 faiz, kağız və karton istehsalında 18 faiz, poliqrafiya məhsullarının istehsalında 3,5 dəfə, mebel istehsalında 56,8 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.