CƏMİYYƏT


Yanvar-iyun aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10,6 faiz artıb

Bakı, 7 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 175,5 milyon manat və ya 10,6 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 milyon manat və ya 1,6 faiz, qeyri-büdcə təşkilatlarında isə 123,4 milyon manat və ya 11,9 faiz artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.