İQTİSADİYYAT
Yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar olub
Bakı, 30 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon dollar və ya 15 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Qeyd edilib ki, ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon dollar) liderliyini qoruyub. İkinci yerdə qızıl, üçüncü yerdə isə elektrik enerjisi qərarlaşıb.
Təkcə iyun ayında qeyri-neft sektoru üzrə ixrac 179 milyon dollar təşkil edib. İyunda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Niderlanddır. İyunda da ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon dollar).