İQTİSADİYYAT


Yanvar-mart aylarında Britaniya ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Bakı, 28 aprel, AZƏRTAC

Böyük Britaniya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp ilə görüşüb. İqtisadiyyat naziri Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir. 2021-ci ilin yanvar-mart aylarında Britaniya ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verilib, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu diqqətə çatdırılıb.

Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri vurğulayan səfir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, iqtisadi tərəfdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.