İQTİSADİYYAT


Yanvar-mart aylarında Mərkəzi Bankda 26 valyuta hərracı keçirilib

Bakı, 22 may, AZƏRTAC

Birinci rübdə Mərkəzi Bankda 26 valyuta hərracı keçirilib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, 3 ayda bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib. Rüb ərzində həm qrafikə uyğun, həm də qrafikdən kənar hərraclar təşkil olunub. Qrafikdən kənar hərracların təşkili mart ayında valyutaya tələbin kəskin artması ilə bağlı olub. Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Aprel ayından valyuta bazarında tələbin azalması və stabilləşməsi müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.