İQTİSADİYYAT


Yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 678 milyon dollarlıq yük daşınıb

Bakı, 24 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 1 milyon 603 min 706 ton yük daşınıb ki, bu yüklərin dəyəri 678 milyon 344 min ABŞ dollar olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, üç ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 443 min 960 ton yükün dəyəri isə 138 milyon 131 min dollar təşkil edib.

Həmin dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 159 min 746 ton, dəyəri 540 milyon 212 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.