İQTİSADİYYAT
Yanvar-mart aylarında əhalinin nominal gəlirləri 6,7 faiz artıb
Bakı, 19 aprel, AZƏRTAC
Yanvar-mart aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 11 milyard 362,1 milyon manata çatıb. Bir nəfərə düşən məbləğ orta hesabla 1171,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə gəlirlərin 87,2 faizi son istehlak xərclərinə, 8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 10 milyard 449,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]