İQTİSADİYYAT


Yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 317,1 milyon manat olub

Bakı, 18 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq 317,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni aylarına görə 3,9 faiz artaraq 126 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.