İQTİSADİYYAT


Yanvar-may aylarında dəmir yolu ilə 1 milyondan çox sərnişin daşınıb

Yanvar-may aylarında dəmir yolu ilə 1 milyondan çox sərnişin daşınıb

Bakı, 21 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyon 52,4 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 3,5 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 327 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,4 min ton, qərb istiqaməti üzrə 4,8 min ton, cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.