REGİONLAR


Yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artıb

Bakı, 19 iyun, AZƏRTAC

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 201,4 min ton olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, süd istehsalı 2 faiz artaraq 845,9 min ton, yumurta istehsalı 3,2 faiz artaraq 765,5 milyon ədəd və yun istehsalı 3,1 faiz artaraq 12,2 min ton təşkil edib.

Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 24,9 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.