İQTİSADİYYAT


Yanvar-may aylarında kolbasa məmulatlarının istehsalı 3,7 faiz artıb

Bakı, 24 iyun, AZƏRTAC 

2018-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kolbasa məmulatlarının istehsalı 3,7 faiz, cem və marmeladların istehsalı 3,6 faiz, brendi (konyak) istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 37,3 faiz, alkoqolsuz içkilərin istehsalı isə 7,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövr ərzində duru bitki yağlarının istehsalında 10,7 faiz, qənd və şəkər tozu istehsalında 84,1 faiz azalma olub.

Bundan başqa, tütün məmulatlarının istehsalında 2,6 dəfə artım, içki istehsalında 4,5 faiz, qida məhsullarının istehsalında isə 5,1 faiz azalma müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.