İQTİSADİYYAT


Yanvar-mayda Bakıda kolbasa və şirniyyat məmulatlarının istehsalı artıb

Bakı, 5 iyul, AZƏRTAC 

Bu ilin 5 ayında Bakı şəhərində qida məhsullarından kolbasa məmulatlarının istehsalı 4,9 faiz, şirin peçenye 37,3 faiz, şirniyyat məmulatlarının istehsalı 23,7 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində içki və tütün məmulatlarının istehsalı sahələrində 382,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 70,0 faiz artıb, qida məhsullarının istehsalı 12,8 faiz, içki istehsalında isə 9,1 faiz azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.