İQTİSADİYYAT


Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1,2 milyard dollar dəyərində yük daşınıb

Bakı, 23 iyun, AZƏRTAC

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 639 min 974 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 257 milyon 286 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 836 min 729 ton yükün dəyəri 307 milyon 350 min ABŞ dolları təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 1 milyon 803 min 245 ton, dəyəri isə 949 milyon 935 min ABŞ dollarıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.