İQTİSADİYYAT
Yanvar-noyabrda 578,2 milyon manatlıq tikinti materialı istehsal olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 28,2 faiz artaraq 578,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hörmə üçün hazır beton qarışığının istehsalı 90,9 faiz, sementin istehsalı 21,1 faiz, tikinti kərpicinin istehsalı 7,4 faiz artıb.
Eyni zamanda, tikinti əhənginin istehsalı 1,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 29,6 faiz, tikinti gipsinin istehsalı 50,9 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]