İQTİSADİYYAT


Yanvar-noyabrda əsas kapitala 11 milyard 708,1 milyon manat vəsait yönəldilib

Bakı, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala 11 milyard 708,1 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,7 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,9 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 7 milyard 740,4 milyon manatı və ya 66,1 faizi məhsul istehsalı sahələrinə, 3079,8 milyon manatı (26,3 faizi) xidmət sahələrinə, 887,9 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 849,2 milyon manatını və ya 67 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 784,4 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 25,2 faiz, digər vəsaitlər 7,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri isə 5,9 faiz təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.