İQTİSADİYYAT


Yanvar-noyabrda əsas kapitala 12899,4 milyon manat vəsait yönəldilib

Bakı, 22 dekabr, AZƏRTAC 

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12899,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6 faiz artıb.

İstifadə olunmuş vəsaitin 8820,9 milyon manatı və ya 68,4 faizi məhsul istehsalı sahələrinin, 3026,8 milyon manatı (23,5 faizi) xidmət sahələrinin, 1051,7 milyon manatı (8,1 faizi) isə ümumi sahəsi 1844,3 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 51,8 faizi dövlət, 48,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 63,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6495,7 milyon manat, bank kreditləri 1626,6 milyon manat, büdcə vəsaitləri 3515,4 milyon manat, büdcədənkənar fondların vəsaitləri 254,3 milyon manat, əhalinin şəxsi vəsaitləri 921,1 milyon manat, digər vəsaitlər isə 86,3 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.