İQTİSADİYYAT


Yanvar-oktyabr aylarında avtomobil istehsalı 26,5 dəfə artıb

Bakı, 28 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında avtomobil istehsalı 26,5 dəfə artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, on ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb. Maşın və avadanlıqların istehsalı 17,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.

Hesabat dövründə məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.