İQTİSADİYYAT
Yanvar-oktyabr aylarında əsas kapitala 10,5 milyard manat vəsait yönəldilib
Bakı, 11 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 10 milyard 568,5 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 6 milyard 999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]