CƏMİYYƏT


Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayı ərzində 163 min şəxsə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) verilib və elektron qaydada fərdi hesab açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla da həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşıb və fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edib.

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsinin (SSN) açılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proaktiv xidmətlərindən biridir. Bu xidmət vətəndaşa heç bir yerə müraciət etmədən, əmək müqaviləsi bildirişi qeydə alındıqda real vaxt rejimində təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.