İQTİSADİYYAT
Yanvar-sentyabr aylarında ixrac edilən polipropilenin dəyəri 72,4 milyon dollardır
Bakı, 24 oktyabr, AZƏRTAC
Doqquz ayda Azərbaycandan 52 min tondan çox polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 72,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 86,8 milyon dollarlıq 64,3 min ton polipropilen ixraca göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.