REGİONLAR


Yanvar-sentyabr aylarında muxtar respublikada 940-dan çox yeni iş yeri yaradılıb

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 943 yeni iş yeri yaradılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan bərbər, xalçaçı, dərzi, toxucu, bərbər-manikürçü, elektrik montyoru, qazanxana maşinisti, dəmir yolu nəqliyyatında elektrik və rabitə montyoru üzrə peşə hazırlığı, qaz avadanlıqlarının istismarı və təmiri, çilingər peşəsi üzrə ixtisasartırma, cəzaçəkmə müəssisəsində isə qazanxana maşinisti üzrə peşə hazırlığı kurslarına, ümumilikdə, 259 nəfər cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1312 nəfər müxtəlif peşələrə yiyələnib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə uğur qazanmış 62, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə, 68 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunub.

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 260, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilən müsabiqədə isə 31 nəfər müvafiq vəzifələrə təyin olunub. Bununla yanaşı, elan edilmiş digər müsabiqələrlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 4, prokurorluq orqanlarında 9, ədliyyə orqanlarında 5 nəfər müvafiq vəzifələrə təyin olunub.

Bu ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqının məbləği 527,8 manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 15,7 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.