İQTİSADİYYAT


Yanvarda 137,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib

Bakı, 16 mart, AZƏRTAC

Yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin yanvar ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, təzə tərəvəz – 1,8 dəfə, tütün – 21,6 faiz, şəkər – 2,4 dəfə, çay – 1,9 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 20,5 faiz, kartof – 24,5 faiz, pambıq lifi – 2,0 dəfə, emal olunmamış alüminium – 19,2 faiz, bentonit gili – 18,8 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 31,6 faiz, bitki yağları – 59,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 63,0 faiz, polietilen – 21,5 faiz, qara metallardan borular – 60,3 faiz, pambıq ipliyi - 48,2 faiz azalıb.

2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında xam şəkər və şəkər idxalı 2,7 dəfə, siqaret – 19,5 faiz, bitki yağları – 52,8 faiz, kartof – 42,3 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 19,2 faiz, təzə tərəvəz – 21,6 faiz, minik avtomobilləri – 2,5 dəfə, mineral gübrələr – 1,8 dəfə, hesablama maşınları, blok və qurğuları – 21,0 faiz, mebellər – 1,7 dəfə, qara metallardan çubuqlar – 17,6 faiz, yük avtomobilləri – 2,9 dəfə, qara metallardan künclüklər – 31,2 faiz, məişət kondisionerləri – 53,8 faiz, avtobuslar – 4,5 dəfə, sement və sement klinkerləri – 1,6 dəfə, məişət soyuducuları – 4,5 faiz artıb, buğda idxalı isə 9,8 faiz, təzə meyvə – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,6 faiz, çay – 33,7 faiz, qara metallardan borular – 13,3 faiz, polad prokatı – 9,5 faiz, rezin şinlər – 8,9 faiz, polietilen – 4,5 faiz, paltaryuyan maşınlar – 1,9 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.