İQTİSADİYYAT
Yanvarda 195-2 Çağrı mərkəzinə 1100-dən çox müraciət daxil olub
Bakı, 17 fevral, AZƏRTAC
Yanvar ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 1100-dən çox müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərin əldə olunması, istehlakçıların qanuni hüquq və mənafelərinin müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı mərkəzinə ümumilikdə 96,5 minədək müraciət daxil olub.