İQTİSADİYYAT


Yanvarda Azərbaycanda 2,6 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvar ayında Azərbaycanda 3 milyon 80,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 3 milyard 518,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 2 milyard 604,4 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,3 milyard manat olmaqla əvvəlki ilin eyni ayına nisbətən 4,8 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,9 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.