İQTİSADİYYAT


Yanvarda Azərbaycanda 3,3 milyon ton neft və 2 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda Azərbaycanda 3 milyon 333,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 3 milyard 62,1 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 1 milyard 992,4 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 2,3 faiz çoxalıb.

Ölkədə neft istehsalı 0,8 faiz azalıb, qaz hasilatı isə 26,4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.