İQTİSADİYYAT
Yanvarda Azərbaycanın qeyri-neft ixracı 146 milyon dollar dəyərində olub
Bakı, 1 mart, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycandan 1,6 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə 146 milyon dollar dəyərində ixrac reallaşdırılıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon dollar və ya 3,7 faiz artıb.
Ay ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana 6,4 milyon və Çinə 4,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək
- 25.04.2024 [15:54]