İQTİSADİYYAT


Yanvarda Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 74 milyon dolları ötüb

Kiyev, 18 fevral, AZƏRTAC

Yanvarda Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 74 milyon dolları keçib.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay Azərbaycandan Ukraynaya 36,08 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 38,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikinci yerdədir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.