İQTİSADİYYAT


Yanvarda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 12,5 milyon dollarlıq qeyri-neft ixracı reallaşdırılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Bu ilin yanvarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 12,5 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir ki, yanvarda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib.

Qeyd edək ki, ötən il “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən ixracın dəyəri 140,4 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.