İQTİSADİYYAT
Yanvarda Gömrük Komitəsinin Çağrı mərkəzinə 9776 müraciət daxil olub
Bakı, 9 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsi yanvar ayı üçün “195/6” Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 9776 müraciət cavablandırılıb. Bu müraciətlərdən 2076-sı elektron xidmətlər, 239-u gömrük ödənişləri, 44-ü gömrük təmsilçiliyi, 5315-i fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 419 müraciət, xarici dövlətlərdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı 91, şikayət xarakterli müraciətlər 57, qısa idxal bəyannaməsi ilə bağlı 33, ixrac gömrük proseduru ilə bağlı 71 və digər mövzularla bağlı 1431 müraciət daxil olub.