İQTİSADİYYAT
Yanvarda OPEC üzrə neft hasilatı azalıb
Bakı, 12 fevral, Nihad Budaqov, AZƏRTAC
Yanvarda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı yanvarda 2017-ci ilin dekabr ayı ilə müqayisədə gündəlik 8 min barrel azalaraq 32 milyon 300 min barrel olub. Bunun nəticəsində OPEC-in dünya neft hasilatındakı payı 33,1 faizə geriləyib.
Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox İraq, Səudiyyə Ərəbistanı və Liviyada artıb. Venesuela, Anqola, Əlcəzair və Nigeriyada isə hasilat azalıb. İqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı yanvarda dekabrla müqayisədə 47 min 300 barrel azalaraq 1,6 million barrelə düşüb. Anqolada gündəlik neft hasilatı 10 min 900 barrel, Əlcəzairdə isə 8 min 500 barreldən çox azalıb.
Keçən ay dünya üzrə 2 min 257 neft quyusu istismara verilib. Bu quyulardan 554-ü OPEC-ə üzv olan ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]