İQTİSADİYYAT


Yanvarda “Qala Sığorta” 2,5 milyon manatlıq sığorta haqqı toplayıb

Bakı, 20 fevral, AZƏRTAC

Yanvar ayında "Qala Sığorta" şirkəti tərəfindən 2 milyon 507 min 397 manat həcmində sığorta haqqı toplanılıb. Bu, 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 539 min 138 manat və ya 27,39 faiz çoxdur.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə şirkətin yığımları ilə yanaşı, ödənişlərinin həcmində də kəskin artım müşahidə olunub. Belə ki, ötən ayda şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 107 min 572 manata yaxın sığorta ödənişi verilib ki, bu da 2017-ci ilin müvafiq dövrünün rəqəmləri ilə müqayisədə 102 min 492 manat və ya təxminən 21 dəfə çoxdur.

Xatırladaq ki, 2015-ci il sentyabrın 30-da Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - "AzRe Təkrarsığorta" ASC "Çartis Azərbaycan" sığorta şirkətinin səhmlərinin 100 faizini aldıqdan sonra həmin şirkətin adı dəyişilərək "Qala Sığorta" ASC olub. Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.