REGİONLAR


Yanvarda diri çəkidə 43,1 min ton ət istehsal olunub

Bakı, 18 fevral, AZƏRTAC

Kənd təsərrüfatında bu ilin yanvar ayında diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 milyon ədəd yumurta və 19,3 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,5 faiz, tərəvəz istehsalı 7,3 faiz artıb, yumurta istehsalı 4,6 faiz azalıb.

Ötən ilin eyni ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,1 faiz, bitkiçilik məhsullarının istehsalı isə 6,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.