İQTİSADİYYAT


Yanvarda əsas kapitala yönəlmiş vəsaitin 1,6 faizi tikinti sahəsinə sərf olunub

Bakı, 20 fevral, AZƏRTAC

Yanvarda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 50,2 faizi sənaye, 21,6 faizi tikinti, 10,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə vəsaitin 3,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,7 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi səhiyyə, 1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi informasiya və rabitə, hər birində 0,1 faiz olmaqla isə maliyyə və sığorta fəaliyyəti, inzibati və yardımçı xidmətlərin göstərilməsi və təhsil sahələrinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.