İQTİSADİYYAT


Yanvarda könüllü sığorta növləri üzrə 91,2 milyon manat sığorta haqqı yığılıb

Bakı, 28 fevral, AZƏRTAC

Yanvarda sığorta şirkətləri tərəfindən könüllü sığorta növləri üzrə 91 milyon 235,3 min manat həcmində sığorta haqqı yığılıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ay şirkətlər tərəfindən könüllü sığorta növləri üzrə 19 milyon 226 min manat məbləğində ödəniş həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78 faiz çoxdur.

Könüllü sığorta növü üzrə cəmi yığımların 16 milyon 244,1 min manatı və ödənişlərin 12 milyon 94,2 min manatı həyat sığortası üzrə həyata keçirilib.

Hesabat ayında könüllü və icbari bütün sığorta növləri üzrə şirkətlərin cəmi yığımları 111 milyon 550,2 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.